Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Elşad İskəndərov: "Azərbaycana qarşı təzyiq üçün dindən istifadə edirlər"

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov BBC-nin Azərbaycan xidmətinə müsahibə verərkən Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayıb. “Məqsəd unikal sosial ənənəyə malik olan dinlərarası dialoqun qorunub saxlanmasıdır. Mən deyərdim ki, bu torenatlıqdan daha çox qarşılıqlı hörmət və əməkdaşlıq deməkdir. Dini icmalar başqa dini icmaların və ya qeyri-dini icmaların işinə qarışmır və haqqlarını pozmurlarsa sərbəst fəaliyyət göstərə bilərlər.
Dini icmaların qeydiyyatı məsələsi ilə bağlı verilən suala cavab olaraq E. İskəndərov bildirib ki, qeydiyyat üçün müraciət etmiş 500-ə yaxın icmanın 92 faizi qısa müddət ərzində qeydiyyatdan keçib. “Biz yalnız 8 faizin söhbətini edirik. Onlardan bir qismi maliyyə mənbələrinin şəffaflığını şərtini yerinə yetirə bilməyiblər. Qalanları həm islami, həm də qeyri islami, radikal, morginal qrup və icmalardır ki, siyasiləşmə və radikallığı ilə seçilirlər. Bununla yanaşı yeni sektalar və təriqətlər var ki, uşaqların təhqir edilməsi, maliyyə fırıldaqları kimi işlər görürlər. Nəhayət elə qruplar da var ki, dövlətin bu sahəni tənzimləmə qaydaları ilə razılaşmayaraq rəsmi qeydiyyatdan imtina edirlər. Bu onların sitayiş etdiyi etiqadın tərkib hissəsidir. Yəni sphbət əslində marginal qruplardan gedir.”
Azərbaycanda dindən siyasi məqsədlər üçün istifadə edilməsi məsələsinə münasibət bildirən Komitə sədri bildirib ki, müəyyən mənada biz Azərbaycanda mürəkkəb geosiyasi durumla üzləşmişik. “Bu məsələ geopolitika ilə bağlıdır. Mürəkkəb qonşuluğumuz bəzən dindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərilir. Qeyd etmək istəyirəm ki, dövlətin əsas prioriteti dinlərarası münasibətləri qorumaqla dünyəviliyi qoruyub saxlamaqdır. Söhbət gələcək siyasi fəaliyyəti nəzərdə tutan bir sıra dini mərkəzlərdən gedir. Mən ölkə və ya mərkəz adları çəkməyəcəyəm. Çünki belələri bir deyil. Qanun bir ölkə və ya bir mərkəzə görə qəbul edilmir. Biz Azərbaycan ənənələrinə uyğun təlim görmüş şəxslərdə maraqlıyıq. Lakin qanunun ölkə ərazisində dini icmaların inkişadı üçün tövhə verəcək şəxsləri diskiriminasiya etməməsi üçün biz onlara mövcud reallıqları anladan maarifləndirmə proqramı təklif etmək niyyətindəyik. Çünki bir sıra hallarda bu insanlar Azərbaycanı çox gənc yaşında tərk edib, təcrid olunmuş dini mühitdə dərs alıb. Onlar Azərbaycana qayıdanda nəinki dini tolerantlığı, eləcə də ölkəmizin milli ənənələrinə təhlükə kəsb edirlər.”
Venesiya Komissiyası Azərbaycandakı dini vəziyyətlə bağlı hesabatına münsibət bildirən E. İskəndərov qeyd edib ki, biz bununla bağlı təkcə Venesiya Komissiyası ilə üzləşmirik. “Bizi tarixi mürəkkəb qonşuluğu, dövlətin qarşılaşdığı problemləri, dini icmaların tənzimlənməsi sahəsində dövlətin yalnız 10 illik təcrübəyə malik olması kimi amilləri nəzərə almayan sırf elmi və yaxud hüquqi yanaşma ilə üzləşirik. Siz elmi bir modeli götürüb qeyd olunan amillər nəzərə alınmadan tətbiq edə bilməzsiniz. Siz ictimai fikri nəzərə alsanız cəmiyyət hətta daha artıq dərəcədə dövlətin bu sahəyə müdaxilə etməsini istəyir. Yaxın həftələrdə keçirdiyimiz rəy sorğumuzu təqdim edəcəyik. Sorğu göstərir ki, Azərbaycanda insanlar tolerantlığı, sabirliyi, dinin dölətdən ayrı olmasını, dini haqqların məhdudlaşdırılmamasından daha yüksək tuturlar.”
Azərbaycanda dinə görə insanlara təzyiq edilməsi sualına cavab verən Komitə sədri vurğulayıb ki, onun məsuliyyət çərçivəsi dini icmalardır, dinə söykənən siyasi təşkilarlar yox. “Bildiyim qədər onlar zorakılıqla müşaət olunan nümayişlərin iştirakçılarıdır. Belə nümayişlərdən biri bu yaxınlarda Bakıda keçirilmişdi. Həmin aksiyaya iştirakçılar dəyənəklərlə gəlib polisə hücum etmişdilər. Bu isə hansısa partiyanın dinə görə reppresiyaya məruz qalmasından daha çox hüquq-mühafizə və asayişin qorunmasına aid olan bir məsələdir.”

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Elşad İskəndərov: "Azərbaycana qarşı təzyiq üçün dindən istifadə edirlər"

    26 Noyabr 2012 17:14