Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“ŞUŞA VƏ AĞDAMIN MƏSCİDLƏRİ SİZLƏRƏ SƏSLƏNİR”

 DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ AVRASİYA İSLAM ŞURASINDA ÇIXIŞ ETMİŞDİR

Bu gün Türkiyənin İstanbul şəhərində "Ənənədən gələcəyə Avroasiyada İslam üfüqü" adı altında Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı öz işinə başlamışdır. Noyabrın 22-dək davam edəcək Avrasiya İslam Şurasının VIII iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov da iştirak edir.Şuranın iclasında çıxış edən E. İskəndərov dövlət başçımızın adından yüksək səviyyədə təşkil edilmiş Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısının keçirilməsi münasibəti ilə səmimi təbriklərini və xoş arzularını toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. E. İskəndərov qeyd etmişdir ki, Zirvə Toplantısı Avrasiya məkanında eyni dəyərlərə, adət-ənənələrə sahib ölkələr və toplumlar arasında əməkdaşlığın genişlənməsinə, tolerantlıq mühitinin möhkəmlənməsinə, mədəniyyət və dinlərarası dialoqun inkişafına, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə, eləcə də regionda sülh və əmin-amanlığın bərqərar edilməsinə önəmli töhvə olacaqdır.
İslamın regionda, xüsusilə türk xalqları arasında, o cümlədən Azərbaycanda yayılmasının böyük tarixi əhəmiyyətə malik hadisə olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri bildirmişdir ki, regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın böyük rolu olub. “Çünki mərhəmət, sevgi və əxlaq dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə həm də İslam dininə minnətdar olmalıdırlar.”Azərbaycanda mövcud tolerantlıq modeli haqqında danışan Dövlət Komitəsinin sədri bildirmişdir ki, hazırda ölkəmiz bölgədə dinlərin bir-biri ilə mehriban yaşadığı unikal məkandır və bu model istər Avrasiya, istərsə də digər dünya ölkələri üçün nümunə ola bilər.Avrasiya məkanında iqtisadi, elmi, mənəvi və insani dirçəlişin renessansını təmin etmək məqsədilə bölgə xalqlarının əməkdaşlıq halında bir sıra təhdidlərə qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd edən Dövlət Komitəsinin sədri separatizm, beynəlxalq qanunlara hörəmətsizlik və işğalçı siyasətlərin Avrasiyada yaşayan xalqların ümumi düşməni olduğunu vurğulamışdır. Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğunu qeyd edən Dövlət Komitəsinin sədri “Bu gün Ermənistanın işğal, etnik təmizləmə və dəyərlərimizə qarşı soyqırım siyasətinin qurbanları olan Şuşa və Ağdam məscidləri bütün bölgə insanına səslənir və bizlərin səsini eşitməlidir” – deyə bildirmişdir.
E. İskəndərov daha bir təhdid kimi qeyri- ənənəvi təriqətlər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğ edən qrupların fəaliyyətinin regional xarakter daşıdığını və onlarla mübarizənin də regional əməkdaşlıq səviyyəsində aparılmalı olduğunun zəruriliyini ifadə etmişdir. “Burada əsas məqsəd elmli din xadimi, icma rəhbərlərinin yetişdirilməsi, onların ideoloji cəbhədə müvəffəqiyyəti üçün bütün cəmiyyətin dəstəyinin olmasıdır.”3 –cü təhdid olaraq İslamofobiya təhlükəsini qeyd edən Dövlət Komitəsinin sədri bu yaxınlarda mövzu ilə əlaqədar Azərbaycan Perzidenti İlham Əliyevin fikirlərinin bütün bölgə üçün keçərli olduğunu bildirmişdir. “Əfsuslar olsun ki islamofobiya xəstəliyinə düçar olmuş dairələr üçün gənc, dinamik inkişaf edən, heç kimdən asılı olmayan, müstəqil siyasət aparan, müasir müsəlman ölkəsi Azərbaycan problemə çevrilib, yəni onların dünyada müsəlmanları geridə qalmış millət, xalq kimi göstərmək stereotiplərinə sığmır”- deyən Dövlət Komitəsinin sədri bu istiqamətdə diger Avrasiya ölklələrinin də xəbərdar olmasini, hazır olmasini və birgə qarşısının alınmasının vacibliyini qeyd etmişdir.
Qeyd edək ki, "Ənənədən gələcəyə Avroasiyada İslam üfüqü" adı altında keçiriləcək Şuranın VIII iclasında quruma üzv olan ölkələrinin müvafiq dövlət strukturlarının rəhbərlərinin, dini liderlerinin və elm xadimlərinin iştirakı nəzərdə tutulmuşdur. Bununla yanaşı, 22 noyabr 2012-ci il tarixində İstanbulda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə "İslam Əməkdaşlığı Təşkilatı üzv ölkələrində Gənclər - 2011" başlıqlı hesabatın beynəlxalq səviyyədə təqdimatı keçiriləcəkdir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “ŞUŞA VƏ AĞDAMIN MƏSCİDLƏRİ SİZLƏRƏ SƏSLƏNİR”

    20 Noyabr 2012 17:56