Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

TÜRKİYƏ MƏSCİDLƏRİNDƏ “QAZİ QARABAĞ AZANI” SƏSLƏNDİRİLDİ (VİDEO/FOTO)

 EYNİ GÜNDƏ ANKARA, İSTANBUL VƏ İĞDIRDDA “QAZİ QARBAĞ AZANI”NIN TƏQDİMATI KEÇİRİLDİ

Fevralın 26-da, Xocalı soyqırımının anım günü Ankara şəhərində Türkiyənin böyük tarixi ibadət evlərindən biri olan “Hacı Bayram Vəli” məscidində “Qazi Qarabağ azanı”nın təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Türkiyə tərəfdən Diyanət İşləri başqanının müavini Hasan Kamil Yılmaz  iştirak etmişlər. Tədbirə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr və yüzlərlə yerli dindar qatılmışdır. Qeyd edilməlidir ki, yüz illər ərzində formalaşmış dini ənənələri və Diyanət İşləri Başqanlığı kimi nüfuzlu dini təşkilatı olan Türkiyənin məscidlərində başqa bir ölkədən gətirilmiş azanın oxudulması və xüsusi olaraq onun təqdimatının keçirilməsi ilk dəfədir.   
 
Təqdimat mərasimində çıxış edən G.İsmayılov bildirmişdir ki, bu gün “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə əksər müsəlman ölkələrinin məscidlərində “Qazi Qarabağ azanı” səsləndirilir və tarixi “Hacı Bayram Vəli” məscidindəki təqdimat da həmin tədbirlərdən biridir.
 
İşğal edilənə qədər Ağdam və Şuşa “Cümə” məscidlərində oxudulmuş “Qazi Qarabağ azanı”nın 20 ildən sonra ilk dəfə 2013-cü ildə dini icmaların təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə bərpa olunduğunu önə çəkən G.İsmayılov qeyd etmişdir ki, bu azanın Xocalı soyqırımının anım günündə müsəlman ölkələrinin məscidlərində səsləndirilməsi təşəbbüsünü ilk gündən Diyanət İşləri Başqanlığı dəstəkləmişdir. Dövlət Komitəsinin nümayəndəsi bildirmişdir ki, Türkiyədəki məscidlərdə cümə günü Xocalı soyqırımı ilə bağlı xütbə oxunması və “Qazi Qarabağ azanı”nın səsləndirilməsi təkcə qardaşlığımızın və həmrəyliyimizin deyil, həm də haqq və ədalətsevər Anadolu insanının bu dəyərlərə həmişə olduğu kimi, bu gün  də sadiq qalmasının və Xocalıya ədalət tələb etməsinin göstəricisidir.
H.K.Yılmaz isə öz növbəsində Xocalı soyqırımı ilə bağlı Diyanət İşləri Başqanlığı tərəfindən həyata keçirilmiş və gələcəkdə planlaşdırılan tədbirlər barədə geniş məlumat vermişdir. Diyanət İşləri Başqanlığının rəsmisi qeyd etmişdir ki, ötən il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümü ərəfəsində, 21 fevralda Türkiyənin bütün mərkəzi məscidlərində soyqırımının qurbanları anılmış və bu barədə xüsusi vaaz (dini məzmunlu çıxış) verilmişdir. Bunun artıq ənənə halını aldığını deyən H.K.Yılmaz bildirmişdir ki, 26 fevralda “Qazi Qarabağ azanı”nın təqdimatı “Hacı Bayram Vəli” məscidi ilə yanaşı, İstanbulda Türkiyənin tarixi məscidlərindən biri olan “Eyyub Sultan” məscidində və İğdırın mərkəzi məscidində də təşkil edilmişdir. Məqsəd isə Xocalı soyqırımını və “Qazi Qarabağ azanı”nı Türkiyədə dindar kəsimə tanıtmaqdır. Qazi Qarabağ azanının yenidən  işğal olunmuş Azərbaycan torpaqlarında yenidən səsləndirilməsi təkcə Azərbaycanın deyil eyni zamanda Türkiyənin də mühüm və zəruri vəzifələrindəndir.

Çıxışlardan sonra “Qazi Qarabağ azanı” səsləndirilmiş və günorta namazı qılınmışdır. Mərasimdə şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxundu. Qeyd edək ki, təqdimat TRT Avaz telekanalında canlı olaraq yayımlanmışdır.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • TÜRKİYƏ MƏSCİDLƏRİNDƏ “QAZİ QARABAĞ AZANI” SƏSLƏNDİRİLDİ (VİDEO/FOTO)

    27 Fevral 2014 13:51