Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Müşfiqabad məscidi dini icması ləğv edildi (Video)

Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Müşfiqabad qəsəbə məscidində yoxlamalar aparılması və fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanması ilə bağlı xəbər vermişdik. Həmçinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclasında adıçəkilən məsciddə radikal dindarların Suriyaya döyüşlərə cəlb olunduqları ilə bağlı fikirlər səslənmişdi.

Hazırda məsciddəki dini icmanın vəziyyəti, Dövlət Komitəsinin yoxlamasının nəticələri barədə Qafqazinfo-nun suallarına cavab olaraq DQİDK-dən bildrildi ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciətinə Dövlət Komitəsində baxılaraq dini icmanın ləğvi barədə qərar qəbul edilmişdir.
Qərarı şərh edən Komitənin mətbuat xidməti qeyd etmişdir ki, 1998-ci ildə qeydiyyatdan keçmiş dini icma 2009-cu ildə “Dini Etiqad Azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərə uyğun olaraq yenidən dövlət qeydiyyatına alınmaq məqsədilə müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməmiş və bununla da mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Dövlət Komitəsi tərəfindən icmada aparılmış hərtərəfli araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, bu müddət ərzində dini icma faktiki məscidin idarəetməsindən uzaqlaşdırılmış və məscidin fəaliyyətinə nəzarət dini icmaya aid olmayan şəxslər tərəfindən həyata keçirilir.
Yaranmış durumu qanuni çərçivəyə salmaq məqsədilə, Dövlət Komitəsi tərəfindən dini icmanın üzvləri ilə görüşlər keçirilərək müvafiq müzakirələr aparılmış, icmanın hüquq və vəzifələri haqqında qanunun tələbləri icma üzvlərinə çatdırılmışdır.
Dini icma üzvləri keçirdikləri ümumi yığıncağda icmanın buraxılması və qanunun tələblərinə cavab verən yeni icmanın yaradılması haqqında qərarlarını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqdimatı ilə birgə Dövlət Komitəsinə göndərmişlər. Dövlət Komitəsində məsələyə baxılaraq icmanın verdiyi qərar təsdiqlənmiş və dini icmanın dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edilmişdir. Hazırda məsciddə yeni icmanın təsisi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır.
Komitədən həmçinin bildirmişlər ki, yeni icmanın sənədləri qanunun tələblərinə uyğun olaraq QMİ-nin təqdimatı ilə daxil olduqda onun qeydiyyat məsləsinə baxılacaqdır. Dövlət Komitəsi sözügedən məscidin fəaliyyətinin qanunvericiliyə uyğun təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Müşfiqabad məscidi dini icması ləğv edildi (Video)

    26 Fevral 2014 15:14