Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“İslam Azərbaycanda: mövcud reallıqlar və ictimai rəy” mövzusunda sosioloji sorğunun nəticələri açıqlanıb (Foto)

Sosioloji sorğu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təqdim olunub. Təqdimat mərasimində mərkəzin rəhbəri Fərhad Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov iştirak ediblər.
Sosioloji sorğu ölkə üzrə 1501 respondent arasında keçirilib. Respondentlərin 30,2 faizi özlərini dini inanclara sıx bağlı olan, 66 faizi dini inanclı, 0,1 faizi ateist olduğunu deyib. Sorğuda iştirak edənlərin 96,8 faizi islam dininə tapınır, 0,8 faizi pravoslav xristian, 0,1 faizi iudaistdir. Respondentlərin 0,6 faizi özlərini inanclı adam hesab etsə də, konkret heç bir dinə mənsub deyil. Vətəndaşların 10,3 faizi həmişə dini inanclı olduqlarını, son beş ildə Allaha daha çox inandıqlarını bildiriblər. Respondentlərin 21,8 faizi islam haqqında informasiyanı dini kitablardan, 16 faizi Qurandan, 27,2 faizi telekanallarda alır.
Dini ibadətlərə gəldikdə, respondentlərin 10,9 faizi mütəmadi olaraq namaz qıldığını, 57,6 faizi namaz qılmadığını, 22,1 faizi namaz qılmağa hazırlaşdığını bildirib. Sorğuda iştirak edənlərin 17 faizi oruc tutur, 14,1 faizi hər il olmasa da, oruc tutur.
Sorğunun nəticələrinə görə, cəmiyyətdə vəhhabilərə mənfi münasibət formalaşıb. Respondentlərin 45 faizi yad element saydığına, 15 faiz paltar və davranışlarından xoşu gəlmədiyinə, 30 faiz isə ekstremist saydığına görə vəhhabilərdən xoşu gəlmədiyini bildirib.
Respondentlərin 46 faizi məktəblilərin təhsil müəssisələrinə hicablı getməsinin yolverilməz olduğunu bildirib, 40,2 faiz buna neytral münasibət bəsləyir, 3,8 faiz isə şəxsiyyət azadlığına məhdudiyyətlər yaratmağı yolverilməz sayır.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “İslam Azərbaycanda: mövcud reallıqlar və ictimai rəy” mövzusunda sosioloji sorğunun nəticələri açıqlanıb (Foto)

    13 Noyabr 2012 15:43