Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Böyük Britaniyada Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edilmişdir

Noyabrın 8-də Londonda, Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyətinin və “Odlar Yurdu” qurumunun təşkilatçılığı ilə “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilmişdir. 
Konfransda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin Britaniyanın siyasi və akademik elitasına təqdim etməkdir.
Konfrans Böyük Britaniyanın siyasi dairələri və dini icmalarının, həmçinin kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur. Tədbirdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının nüfuzlu üzvləri, habelə həm hakim Mühafizəkar, həmdə müxalif Leyborist partiyalarından parlament üzvləri, hökumət təmsilçiləri, Londondakı diplomatik korpusun nümayəndələri, Britaniyanın anqlıkan, yəhudi və müsəlman icmalarının fəalları iştirak etmişlər.
Konfransı açan İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri lord Piter Freyzer iştirakçıları və qonaqları salamlamış, konfransın mövzusunun əhəmiyyəti barədə danışmışdır. BMT-nin “Sivilizasiyaların Alyansı” və İslam Konfransı Gənclər Forumu platformalarından beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq sahəsində mühüm fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın tolerantlıq modelinin Avropada tanıdılması təşəbbüsünü yüksək qiymətləndirən natiq, konfransın bu sahədəki gələcək fəaliyyətin uğurlu başlanğıcı olduğunu bildirmişdir.
Tədbirin həmtəşkılatçısı olan Britaniyanın “Odlar Yurdu” təşkilatının sədri İlham Nağıyev Azərbaycanda dini tolerantlıq sahəsində əldə edilmiş uğurların Avropa üçün nümunə ola biləcəyini vurğulamışdır. Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov müzakirə olunan mövzunun Azərbaycan və Avropanın digər ölkələri ilə təcrübə mübadiləsi çərçivəsində vacib rol oynaya biləcəyi məsələsini önə çəkmişdir. 
London konfransının tolerantlıq mövzusunda Azəraycandan xaricdə ilk dəfə belə nüfuzlu səviyyədə keçirilən tədbir oldugunu vurgulayan DQİDK sədri Elşad İskəndərov qeyd etmişdir ki, konfransın digər özəlliyi ölkəmizin dinlərarası dialoq sahəsindəki təcrübəsinin Avropada multikulturalizm diskussiyası kontekstində müzakirə olunması və məhz Azərbaycan modelinin Avropada tətbiqi məsələsinin müzakirəsinin xüsusi önəm daşıdığını vurğulamışdır.
İslam Konfransı Gənclər Forumunun mədəniyyələrarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla xanım Əliyeva konfransda məruzə ilə çıxış etmişdir. 
Konfrans iştirakçılarını salamlayan Leyla xanım Əliyeva müasir Avropada multikulturalizm problemi prizmasında tədbirin əhəmiyyətini qeyd etmişdir. Heydər Əliyev Fondunun vitse–prezidenti dini tolerantlıq və dinlərarası dialoq probleminin nəzəri əsaslarına geniş toxunmuş, bu sahədə mövcud olan elmi yanaşmalar barədə ətraflı danışmıdır. Leyla xanım Əliyeva bu məsələnin ümumbəşəri problemə çevrildiyini və onun öyrənilməsi və həlli yollarının tapılmasında Azərbaycan təcrübəsinin uğurlu model olduğunu vurğulamışdır. Daha sonra natiq dini tolerantlığın Azərbaycanda dərin kökləri, tarixi və bu sahədə hazırkı durum barədə məlumat vermişdir.
Konfransın birinci plenar iclasında çıxış edən tarix elmləri doktoru Fəridə Məmmədova, elmlər dokrtoru Moşe Bekker və Dini Araşdırmalar Mərkəzinin təsisçısı Elçin Əsgərov Azərbaycanda islamın, yəhudiliyin, və xristianlığın tarixi barədə məruzələrlə çıxış etmişlər. Bu kontekstdə, həmçinin Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verilmişdir. Azərbaycanda qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin yaşadığı, onların nadir Azərbaycan mədəniyyətinin formalaşmasına töhfə verdiyi və multikulturalizmin Azərbaycan milli kimliyinin tərkib hissəsi olduğu bildirilmişdir.
Bu qədim tarixi ənənələrin bu gündə davam etməsini nümayiş etdirən konfransın ikinci plenar iclasında ölkəmizin müsəlman, yəhudi və xristian icmalarının nümayəndələri çıxış etmişlər. Plenar iclasda məruzələrini təqdim edən Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin müəllimi, fəlsəfə elmləri doktoru Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mifodi, Avropa Yəhudilərinin Bakı dini icmasının üzvü Yevgeni Brenneysen, “Həyat Sözü” protestant icmasının başçısı Rasim Xəlilov, habelə Alban-udin xristian icmasının sədri Robert Mobili çıxışlarında Azərbaycanda dövlət - din münasibətləri sahəsində, xüsusən dini azadlıqların təminatında olduqca gözəl şəraitin yarandığını bildirmiş, dini icmaların sərbəst fəaliyyəti kimi məsələlərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışlar. Tədbirin bu hissəsində Azərbaycanda müxtəlif dini icmaların fəaliyyəti, qarşılıqlı əməkdaşlığı və dövlətlə münasibətləri məsələləri ətraflı müzakirə olunmuşdur. 
Çıxışında Qafqazın ilk xristian icması olan tarixi Alban kilsəsinin qısa təqdimatını həyata keçırən Robert Mobili, tarixi ədalətsizlik nəticəsində Azərbaycan xalqının tarixinin bir parçası olmuş bu kilsənin ləğv edilməsi və erməni millətçiliyi tərəfindən onun irsinin dağıdılmasını qeyd etmişdir. Natiq hazırda erməni işğalı altında olan Azərbaycan torpaqlarında Alban kilsəsinin irsinə məxsus 67 dini məbədin olduğunu bildirmiş, başçılıq etdiyi icmanın tarixi Alban kilsəsinin bərpası istiqamətində fəaliyyətinə dünya ictimaiyyətinin dəstəyinə ümid bəslədiyini vurğulamışdır.
Azərbaycanda dinlərarası dialoq modelinin Avropa üçün önəm daşıdığını vurğulayan məruzəçilər və xarici iştirakçılar bu münasibətlərin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə ölkəmizdə dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklifini irəli sürmüşlər. 
Sonda məruzəçilər suallar cavablandırılmışdır.
Həmin gün axşam konfransın qonaqları Londonun “Bakı” Mədəniyyət Mərkəzində DQİDK-in dəstəyi ilə təşkil edilmiş “Azərbaycan – mənəvi ənənələr və tolerantlıq məkanı” adlı foto sərgi ilə tanış olmuşlar. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Böyük Britaniyada Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edilmişdir

    09 Noyabr 2012 20:18