Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İsmayıllıda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib

İyunun 7-də İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Şamaxı bölgəsi üzrə  şöbəsinin birgə təşkilatçılığı ilə şəhər “Cümə” məscidində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, RİH başçısının müavinləri və əməkdaşları, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şəhzadə Bilalov, şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, dini icmaların sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə görülən işlərdən danışıb.
QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Ş.Bilalov  görüşdə çıxış edərək Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət edilməsini, eyni zamanda dini-ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İsmayıllıda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib

    07 İyun 2016 16:50