Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “QMİ-nin Ramazan ayı ilə bağlı verdiyi fətva ancaq dinə aiddir”

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı verdiyi fətvanın dövlətin qanunlarına təsiri yoxdur. Bu fətva ancaq dinə aiddir. Dövlət bu işlərə, hər hansı bir ayinin necə icra olunması məsələsinə müdaxilə etmir”.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, bu gün bəzi radikal qrupların əli ilə Azərbaycan dövlətinə təzyiqlər göstərilməyə cəhd edilir: “Buna qarşı mübarizə aparmalıyıq. Dini radikal qruplar deyərkən ancaq islami qruplar nəzərdə tutulmamalıdır. Xristian və yəhudi dinlərinə aid radikal qruplar da bura ayaq aça bilər. Bu gün islamçı radikal qrupların ölkəmizdə dayaq yaratmaq cəhdlərini görməkdəyik. Ayrı-ayrı gənclərimizi təsir altına salaraq xarici ölkələrə göndərirlər. Biz təbliğat və geniş izahat yolundan istifadə edərək bunun qarşını almalıyıq”. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “QMİ-nin Ramazan ayı ilə bağlı verdiyi fətva ancaq dinə aiddir”

    07 İyun 2016 15:46