Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycanda bayram namazları, nəhayət, birgə qılınır

DAM məscidlərin reytinqini müəyyənləşdirdi. Cari ilin 25-26 oktyabr tarixlərində bütün müsəlman dünyasında olduğu kimi Azərbaycanda da müsəlmanlar Qurban bayramını qeyd etmiş, qurbanlar kəsilmiş, məscidlərdə bayram namazları qılınmışdır. Statistik təhlillərin aparılması məqsədilə Dini Araşdırmalar Mərkəzi bayram günlərində Bakının və Azərbaycanın bəzi regionlarının məscidlərində sosioloji müşahidələr aparmışdır.
Dini Araşdırmalar Mərkəzinin apardığı müşahidələrə görə bu il də Bakının və Azərbaycanın digər regionlarının məscidlərində bayram namazlarına toplaşanların sayında artım müşahidə edilmişdir. Bu da son illərdə əhali arasında dinə marağın artması və dini ayinlərə riayət edənlərin sayının yüksəlməsini iddia edən sosioloji sorğuların və tədqiqatların nəticələrini təsdiqləyir. (Aşağıda DAM tərəfindən tərtib olunan bayram namazında ən çox dindarların toplandığı məscidlərin siyahısı təqdim olunur).
Qeyd edək ki, analoji monitorinq Dini Araşdırmalar Mərkəzi tərəfindən cari ilin avqust ayında, Ramazan bayramı günü də aparılmış və həmin müşahidələr də keçən ilki Ramazan bayramı ilə müqayisdə məscidə gələnlərin sayında artımın olduğunu göstərmişdir.
Eyni zamanda, bu ilki Ramazan və Qurban bayramları və məscidlərə gələn dindarların lokasiyası ilə bağlı iki məqam diqqəti çəkmişdir. Birincisi, keçən illərdən fərqli olaraq həm Ramazan, həm də Qurban bayramlarında ölkənin həm şiə, həm də sünni icmaları tərəfindən bayram namazları eyni gündə qılımışdır. Qurban bayramı namazı 1-2 icma istisna olmaqla dini icmaların mütləq əksəriyyəti tərəfindən – 26 oktyabrda, cümə günü qılınmışdır.
Belə ki, keçən illərdə bayram günlərinin müəyyən olunması müxtəlif cərəyan tərəfdarları arasında tam fərqli yanaşmalara əsasən həyata keçirilmiş, ona görə də bayram günləri fərqli günlərdə qeyd olunmuşdur. Bu il isə fərqli mənzərə müşahidə edilmişdir.
Dini Araşdırmalar Mərkəzinin Qurban bayramı günü bəzi məscidlərdə apardığı müşahidələrə görə bayram günü ölkənin ən aktiv məscidlərin (bayram namazlarında iştirak edən dindarların təxmini sayına görə) siyahısı aşağıdakı kimi olmuşdur:

1. “İlahiyyat” məscidi – 5000 nəfər
2. Qaraçuxur məscidi – 3500 nəfər
3. Bakı, “Hüseyniyyə” ibadət yeri – 3000 nəfər
4. Ceyranbatan məscidi – 3000 nəfər
5. Bakı, “Məşədi Dadaş” məscidi – 2000 nəfər
6. Şəki, Cümə məscidi – 1500 nəfər
7. Bakı, “Əjdərbəy” məscidi – 1500 nəfər
8. Mehdiabad qəsəbə məscidi – 1500 nəfər
9. Zaqatala, Yuxarı Tala kənd məscidi – 1000
10. Gəncə, Şah Abbas məscidi – 1000 nəfər
11. Quba, Cümə məscidi – 900-1000
12. Yevlax, Cümə məscidi – 800 nəfər
13. Təzəpir məscidi - 700 nəfər
14. Bakı, Kərbəlayi Abdulla məscidi – 600 nəfər
15. Maştağa qəsəbəsi, Cümə məscidi – 400 nəfər
16. Nardaran qəsəbəsi - 400
17. Lənkəran, Böyük bazar Cümə məscidi – 300 nəfər./islam.az/

“Qafqazinfo”nun məlumatına görə, son illərdə bu sahədə vəziyyət o qədər də ürəkaçan deyildi. Belə ki, xüsusilə Ramazan bayramında hətta eyni məzhəbə olan icmalar arasında fikir ayrılıqları mövcud idi. Bu da xarici dairələrin təsirindən qaynaqlanırdı. Amma son Ramazan və Qurban bayramında bu sindromun aradan qalxması onu göstərir ki, bu sahədə müsbət dəyişikliklər olub. Ekspertlərin fikrincə buna əsas səbəblərdən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baş verən dəyişiklik və Komitə tərəfindən dini icmalarla bu istiqamətdə aparılan konkret işin nəticəsidir. Hər halda bu kimi hallar ölkəmizdə dini sahədə vətəndaş birlik və ən əsası mill maraqlarımız nöqteyi nəzərindən müsbət dəyişikliklərdir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycanda bayram namazları, nəhayət, birgə qılınır

    30 Oktyabr 2012 17:16