Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bakıda “İslam qardaşlığı və məzhəblərarası dialoq prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri, Yasamal rayonu, “Qasımbəy” məscidi dini icması tərəfindən “İslam qardaşlığı və məzhəblərarası dialoq prinsipləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Novruz Nuriyev, “Qasımbəy” məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Məlikov Azərbaycanın milli-mənəvi dəyərlərinə söykənən tolerantlıq prinsiplərinin əhəmiyyəti haqqında məruzə ilə çıxış edib. Məruzədə dinlərarası dialoqun ölkəmizdə sağlam təməllər üzərində qurulması ilə bağlı atılan mütərəqqi addımlar dinləyicilərin diqqətinə çatdırılıb.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.Nuriyev, “Qasımbəy” məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə, məscidin axund müavini Samir Ağayev, dindarlar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bakıda “İslam qardaşlığı və məzhəblərarası dialoq prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib

    23 May 2016 16:34