Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Azərbaycan – tolerantlıq məkanı” məşhur Times Square meydanında (FOTO)

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyaların Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-Tolerantlıq Məkanı” adlı foto-sərgi 1 həftə ərzində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatında sərgilənmişdir. Foto-sərgidə Heydər Əliyev Fondunun “Azərbaycan – tolernatlıq ünvanı” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənir.

Sərgi çərçivəsində Nyu Yorkun məşhur Times Square meydanında işıqlandırılan reklam panellərindən birinin üzərində  "BMT-nin Sivilizasiyalar Alyansı və Heydər Əliyev Fondu: "Azərbaycan-Tolerantlıq məkanı" Rza Deqatinin təqdimatında” yazısı əks etdirilmişdir. “Times Square”-də çəkilmiş şəkildən göründüyü kimi reklamda sərginin emblem fotosu da öz əksini tapmışdır. Qeyd edək ki, Times Square meydanı Nyu York şəhərinin hər gün yüz minlərlə tursitin ziyarət etdiyi ən məşhur yerlərindən biridir.
 
Xatırladaq ki, bu müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən  ilk sərgidir.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Azərbaycan – tolerantlıq məkanı” məşhur Times Square meydanında (FOTO)

    08 Oktyabr 2013 17:10