Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Elşad İskəndərov Fransa Yəhudi İnstitutunun Təmsilçilər Şurasının rəhbərini qəbul etmişdir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Fransa Yəhudi İnstitutunun Təmsilçilər Şurasının rəhbəri Rişar Praksyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı DQİDK sədri Azərbaycanda dinlərin tarixi köklərindən söz açmış və tarixən dini zəmində heç bir münaqişənin baş vermədiyini bir daha vurğulayıb. Dövlət Komitəsinin sədri Azərbaycandakı yəhudi icması, ölkəmizdə tikilən və yenidən bərpa edilən sinaqoqlar haqqında qonaqlara məlumat verib. 
Fransa Yəhudi İnstitutunun Təmsilçilər Şurasının rəhbəri Rişar Praksye rəhbərlik etdiyi qurum haqqında Dövlət Komitəsinin sədrinə məlumat verib, müxtəlif dinlərin yayıldığı Azərbaycandakı yəhudi icmasına olan marağını ifadə edib. O, istər antisemitizm, istərsə də radikalizmə meyllərin geniş yayılmasının əsas səbəbini dini kitabların təfsiri məsələsində gördüyünü bildirib və bu sahədəki boşluqları aradan qaldırmaq üçün müəyyən işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
E. İskəndərov qarşılıqlı fikir mübadiləsi zamanı bu kimi hallarla mübarizə aparmaqla bərabər, onların yaranma səbəblərinin dərin köklərinə varmaq lazım olduğunu bildirib. Dövlət Komitəsinin sədri, həmçinin tolerantlıq örnəyi olan Azərbaycanın yəhudi icmasının vəziyyəti, yəhudi-müsəlman münasibətlərinin ideoloji köklərinin Fransada təbliğ edilməsinin mümkünlüyü və bu sahədə əməkdaşlıq üçün real əsas olduğunu qeyd edib. 
Sonda E. İskəndərov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində xalqımızın da yəhudi xalqı kimi dəfələrlə soyqırımına məruz qalmasından danışıb, 1 milyona yaxın vətəndaşımızın qaçqın olduğunu xatırladıb, Xocalı faciəsi barədə faktları qonaqların diqqətinə çatdırıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Elşad İskəndərov Fransa Yəhudi İnstitutunun Təmsilçilər Şurasının rəhbərini qəbul etmişdir

    30 Oktyabr 2012 17:04