Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Cəbhəyanı rayonlarda dini maarifləndirmə tədbirləri keçirilib


Respublikanın regionlarında dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədi ilə dini maarifləndirmə işi davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasında yanvarın 16-da “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində tədbir keçirilib.

Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Tərxan Paşazadə, Komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Vüqar Kərimov, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Mustafayev, şəhid ailələri,  icma üzvləri, dindarlar və ziyalılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov bildirib ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Tərxan Paşazadə  tədbirdə geniş məruzə ilə çıxış edib.  O, Azərbaycan xalqının qəhrəmanlıq tarixindən,  şəhidlik zirvəsindən, Ağdamın verdiyi şəhidlərdən və vətən sevgisindən geniş bəhs edib.

Daha sonra RİH-in nümayəndəsi Mehman Mustafayev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Ə. Nəcəfov, şəhid atası Fizuli Qasımov və başqaları  çıxış edərək bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər. Tədbir iştirakçıları dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımının ayrılması ilə bağlı verdiyi Sərəncama görə, cənab Prezident İlham Əliyevə  təşəkkürlərini bildiriblər.

                                                          *****    
                                                 

Yanvarın 16-da Ağcabədi rayonu Muğanlı kənd məscidi dini icmasında “Qəhrəmanlar unudulmur!” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib. Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Tərxan Paşazadə, Komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı C. Məlikzadə,  Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi RİH-nin nümayəndəsi Təyyar Hacıyev, şəhid ailələri,  icma üzvləri, dindarlar və ziyalılar iştirak edib.

Tədbirdə Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, Ağcabədi RİH-nin nümayəndəsi Təyyar Hacıyev və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər. Tədbir iştirakçıları dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımının ayrılması ilə bağlı verdiyi Sərəncama görə, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, bu tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

 

 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Statistik Rəqəmlər
Qaynar Xətt