Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dini Komitə gənclər proqramına dəstək verdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Gün.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq keçirilən tədbirdə çıxış edən komitənin sədri Elşad İskəndərov layihəni yüksək qiymətləndirərək qurum tərəfindən dəstəkləndiyini ifadə edib.
Komitə sədri bildirib ki, bu gün ölkə başçısının daim diqqət mərkəzində olan gənclərimizə dövlət qayğısının nəticəsində Azərbaycan gəncliyi üçün yeni üfüqlər açılır. E.İskəndərov qeyd edib ki, yeni yaranmasına baxmayaraq, “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi artıq bir sıra layihələr həyata keçirib.
Adıçəkilən layihə gənclərimizin gələcək inkişafı, cəmiyyətdə öz mövqeyini tutmaq üçün uğurlu addımdır:
“İstənilən bir sahədə uğur qazanmaq üçün təcrübə çox əhəmiyyətlidir. Məhz bu səbəbdən qazınılan nəzəri biliklərin təcrübədə tətbiq olunması gələcəkdə fəaliyyət üçün əhəmiyyət kəsb edir. Gənclərin bu layihəyə cəlb edilməsi onlara öz sahəsini daha dərindən mənimsəmək imkanı yaradır ”.
Komitə sədri qeyd edib ki, komitə olaraq bu layihənin dəstəklənməsi istiqamətində addımlar atılacaq. Belə ki, layihə çərçivəsində bir neçə gəncin Dövlət Komitəsi tərəfindən təcrübə proqramına cəlb edilməsi, xüsusən də beynəlxalq əlaqələr sahəsində təcrübəyə yiyələnməsi nəzərdən keçiriləcək:
“Biz bu layihəyə dəstək verən dövlət qurumu kimi, gənclərin təcrübə qazanmasına şərait yaradacağıq”.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dini Komitə gənclər proqramına dəstək verdi

    20 Oktyabr 2012 13:00