Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

"Hacı Əjdərbəy" məscidi

Bakı bölgəsi Nəsimi rayonu

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun,78

Bakının Səməd Vurğun küçəsində yerləşən Hacı Əjdərbəy məscidi 1912-1913-cü illərdə inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyov olmuşdur.   Məbədin günbəzi göy rəngdə olduğundan xalq arasında ona “Göy məscid” də deyilir. Bu məsciddə nüfuzlu din alimləri və axundlar mollalıq etmişlər. Onlardan ən görkəmlisi Hacı Əli İbrahimdir.Hacı Əjdərbəy məscidinin divarlarına və günbəzin iç tərəfinə müxtəlif Quran ayələri həkk edilmişdir. Məscidin interyeri çox nəfis işlənib və nəbati ornamentlərlə bəzədilmişdir ki, bu da ona xüsusi gözəllik verir. Sovet hakimiyyətinin ilk illərində məbəd əsgər kazarması kimi istifadə olunmuş,  yalnız 1944-cü ildə Təzəpir məscidi ilə birlikdə fəaliyyətini bərpa etmişdir.  İbadət evini tikdirən və xeyriyyəçi kimi tanınmış Hacı Əjdərbəy İbrahimbəyovun (1275-1341 h.q.) qəbri məscidin girişindədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı nəticəsində Hacı Əjdərbəy məscidi əsaslı təmir-bərpa edilmiş və 2011-ci ildə açılışı olmuşdur.

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt