Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qırmızı qəsəbə “Giləki” sinaqoqu

Şimal bölgəsi Quba rayonu

Ünvan: Quba rayonu, “Qırmızı qəsəbə”, İsaak Xanukov küçəsi, 26.

Quba rayonundakı Qırmızı qəsəbədə yerləşən “Giləki” adlı sinaqoq Cənubi Azərbaycanın Gilan vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilmişdir. Məbədin memarı Gilel ben Xaimdir. Onun adı sinaqoqun kərpic fasadında həkk olunmuşdur. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa bir lövhə də vardır. Burada isə başqa bir tarix, yəni 1857-ci il yazılıb. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilib və sinaqoqun giriş qapısı üzərinə vurulmuşdur. Dördsütunlu dam üzərində ucalan ensiz, altıguşəli günbəz Giləki məbədinə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə vardır. Tarixi qaynaqlardan məlumdur ki, əvvəllər sinaqoqun yanında bulaq olmuşdur. Ehtimal görə, Qubada XIX əsrin birinci yarısında tikilmiş məscid Gilan məbədi üçün prototip olmuşdur, çünki altıguşəli günbəz bir vaxtlar şüşədən idi və dua otağını işıqlandırırdı. Anoloji dam örtüyü isə Quba məscidində də mövcuddur. Keçmişdə Giləki sinaqoqunda dağ yəhudilərinin digər məbədlərindəki kimi, qadınlar üçün ayrıca otaqlar yox idi. Qadınlar yalnız bayram vaxtı buraya gəlirdilər və sinaqoqun həyətində otururdular. Hazırda isə qadınlar bayram vaxtı məbədə buraxılırlar.

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt