Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Dağ yəhudiləri”nin sinaqoqu

Bakı bölgəsi Nəsimi rayonu

       Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72.


Bakıdakı Dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərmişdir. Sovet hakimiyyəti dövründə II Dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır.

2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar Dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə bu işə başlanılmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda Dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən sinaqoqun açılış mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də İsrail, Rusiya və digər ölkələrdən qonaqlar iştirak etmişlər.

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt