Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Füzuli rayonunun əsir abidələri

 

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır.

Rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.

Tarixi-dini abidələri

 Məscid (XVII əsr) – Qarğabazar kəndi
 Məscid (XVIII əsr) – Qoçəhmədli kəndi
 Məscidlər (XIX əsr) – Horadiz qəsəbəsi, Dədəli, Qaçar, Böyük Pirəhmədli, Mərdanlı, Böyük Bəhmənli kəndləri
 Məscid (1889-cu il) – Horadiz qəsəbəsi
 Məscid (XX əsr) – Horadiz qəsəbəsi
 Məscid (XIX əsr) – Yuxarı Veysəlli kəndi
 Məscid (XIX əsr) – Aşağı Diləğarda kəndi
 Sərdərli məscidi (XIX əsr) – Qoçəhmədli kəndi
 Məscid (XIX əsr) - Gecəközlü kəndi
 Məscid (XIX əsr) – Qoçəhmədli kəndi
 Məscid (XVIII əsr) – Qaradağlı kəndi
 Məscid (XIX əsr) – Qaraxanbəyli kəndi
 Məscid (XIX əsr) – Qorqan kəndi
 Hacı Ələkbər məscidi (XVII əsr)
 Məscid (XIX əsr) – Bəy Pirəhmədli kəndi

Ziyarətgahları

 Məngələn ata piri – Qoca kəndi
 Mirami piri – Dilgəradə kəndi
 İbrahim türbəsi (XVIII əsr) – Aşağı Aybasanı kəndi
 Palıd ocağı – Böyük Bəhmənli kəndi
 İmamzadələr ocağı (XIX əsr) – Horadiz qəsəbəsi
 Yel piri – Pirəhmədli kəndi
 Sarı baba ocağı – Qoçəhmədli kəndi
 İlan ocağı – Sadarlı kəndi
 Pirocaq ocağı – Qacar kəndi
 Şeyx Baba Yaqub xanəgahı – Babı kəndi
 Cəlil türbəsi (XIX əsr) – Qarğabazar kəndi
 Mirəli türbəsi (XIV əsr) – Aşağı Veysəlli kəndi
 Arqalı türbəsi (XIII əsr) – Aşağı Veysəlli kəndi
 Türbə (XIII əsr) – Əhmədallar kəndi
 Türbə (XVIII əsr) – Qarğabazar kəndi
 Türbə (XIX əsr) – Seyidəhmədli kəndi
 Türbə (XIX əsr) – Zuzarı Divanalılar kəndi
 Mirmehdi Xəzani türbəsi – Tuğ kəndi
 Seyid Əşrəf ocağı
 İbə (İbn İbrahim) piri – Seyid Əhmədli kəndi

Tarixi memarlıq abidələri

 Alı körpüsü (XIX əsr) – Saracıq kəndi
 Kərəm körpüsü (XIX əsr) – Gorazlı kəndi
 Sandığabənzər başdaşı (1624-1625-ci illər) – Əhmədallar kəndi
 Şah Abbas karvansarası – Qarğabazar kəndi
 Şah Abbas məscidi (1683-1684-cü illər) – Qarğabazar kəndi
 XII əsrə məxsus qəbiristanlıq – Aşağı Veysəlli kəndi
 Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər) – Horadiz qəsəbəsi
 Oğuz qəbri – İşıxlı kəndi
 Karvansara (XVII əsr) – Qarğabazar kəndi

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt