Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Cəbrayıl rayonunun əsir abidələri

 

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.
Sahəsi 1050 kvadrat kilometr, əhalisinin sayı 59100 nəfərdir. Tərkibinə bir şəhər, 91 kənd daxildir.

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.
Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.
23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.
 
Tarixi-dini abidələri

 Mazannənə məqbərəsi (b.e ə.) – Xələfli kəndi
 Mərmərnənə məqbərəsi (b.e.ə.) – Xələfli kəndi
 Məscid təpəsi (b.e.ə. III-II minillik) – Qalacıq kəndi
 Şıxbaba türbəsi (XIV) əsr – Şıxlar kəndi
 Daş məqbərə (1307-1308-ci illər) – Şıxlar kəndi
 Məscid kompleksi (XVI əsr) – Çələbilər kəndi
 Səkkizguşəli türbə (XVI əsr) – Xubyarlı kəndi
 Məscid kompleksi (XVI əsr) – Çələbilər kəndi
 Məscid (XIX əsr) – Paplı kəndi
 Məscid (XVI əsr) – Çələbilər kəndi
 Məscid – Daşkəsən kəndi
 Məscid (XIX əsr) – Mərzə kəndi
 Məscid (XIX əsr) – Süleymanlı kəndi
 “Dairəvi türbə” – Şıxlar kəndi
 Xanəgah – Xubyarlı kəndi
 Xanəgah – Şıxlar kəndi
 Türbə - (XIII-XIV əsrlər) – Dağtumas kəndi

Ziyarətgahları

 Xırda pir – Balyand kəndi
 İspiri ocağı – Balyand kəndi
 Zingir ocağı – Cəfərabad kəndi
 Mazannənə, Mərmərnənə, ziyarətgahları – Xələfli kəndi
 Hacı Qaraman ocağı – Dağtumas kəndi
 Çaxmaq piri – Tinli kəndi
 Müqəddəs Düldül ziyarətgahı – Hacılı kəndi
 Qarı ocağı – Horovlu kəndi
 Pir Əhməd – Yarəhmədli kəndi
 Lalə ocağı – Böyük Mərcanlı kəndi
 Seyid ocağı – Əfəndilər kəndi
 Çələbi ocağı – Horovlu kəndi
 Hacı Qaraman ziyarətgahı – Çələbilər kəndi
 Qara daş ziyarətgahı
 Miri evi ziyarətgahı – Quycaq kəndi
 Düldül ziyarətgahı – Balyand kəndi
 Əfəndilər piri – Əfəndilər kəndi
 Qərib Seyid ziyarətgahı – Tatar kəndi
 Tumas ata ziyarətgahı – Dağtumas kəndi
 Cəbrayıl ata ziyarətgahı
 Ağoğlan ziyarətgahı
 Xubyarlı piri – Xubyarlı kəndi
 Qərər piri – Qərər kəndi
 Sarı ocaq – Hovorlu kəndi
 Qurbantəpə ziyarətgahı
 İncirli piri ziyarətgahı – Şahvəlli kəndi
 Qasım Baba piri – Minbaşlı kəndi
 Düldül ziyarətgahı – Gödəklər kəndi
 Yel ziyarətgahı – Çaxırlı kəndi
 Yel ziyarətgahı – Əmirvarlı kəndi
 Seyid ziyarətgahı – Cocuq Mərcanlı kəndi
 Qara Molla ziyarətgahı – Daşkəsən kəndi
 Qarnıyarıq ziyarətgahı – Cəfərabad kəndi
 Dağdağan ocağı – Qumlaq kəndi
 Çomaq ata ziyarətgahı – Dağtumas kəndi
 Düldül ziyarətgahı – Hacılı kəndi

Tarixi memarlıq abidələri

 “Divlər sarayı” – Dağtumas kəndi
 Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi
 Canqulu, Qumtəpə kurqanları (b.e.ə. III-II minillik) – Mahmudlu kəndi
 “Şəhərşik qalıqları”, “Qışlaq yerləri” (b.e.ə. II minillik) – Şıxalalı kəndi
 On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. V əsr) – Qumlaq kəndi
 On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. VII əsr) – Qumlaq kəndi
 Kəhrizlər (b.e.ə. I əsr) – Mahmudlu kəndi
 Sirik qalası (V-VII əsrlər) – Sirik kəndi
 Qala bürcü (V-VI əsrlər) – Sirik kəndi
 Başıkəsik günbəz (XIII-XIV əsrlər) – Xələfli kəndi
 Qız qalası (XVI-XVII əsrlər) – Xələfli kəndi
 Ərəb yazıları ilə qoyun abidəsi (XV əsr) – Şıxalalı kəndi

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt