Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağdərə rayonunun əsir abidələri


Ağdərə rayonu 1930-cu ildə yaradılmışdır. Sahəsi 1705 kvadrat kilometr, əhalisi 44,4min nəfər olmuşdur. Rayonda iki şəhər tipli qəsəbə, 57 kənd vardır.  Rayon ərazisi 17 iyun 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günədək gəlib çatanlardan biri də, Dağlıq Qarabağın Ağdərə rayonundakı Müqəddəs Yelisey monastır kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir.

Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastır kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılmışdır.

Ağdərədə islam istiqamətli bir sıra abidələr də mövcud olmuşdur. Bunların arasında ən çox yayılan pirlər olmuşdur. “Ulduz təpə” adlanan pir bölgədə tanınmış pirlərdən olmaqla rayon mərkəzindən 10 kilometr aralıda yerləşirdi.

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt