XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri buranın qədim insanların yaşayış məskənlərindən olduğunu sübut etmişdir. Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa başladığı müəyyən edilmişdir. Rayon ərazisinin 88%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilmişdir.
Rayonun ərazisində qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Buradakı tarixi memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Bu maddi-mənəvi abidələr müxtəlif bölgü əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilmişdir.
Xaçındərbənd kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu türbəsi, Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində dua edən insan şəklində daş heykəl, Çəmənli kəndində məşhur övliyalardan olan Seyid Lazım Ağanın məqbərəsi rayonun tarixi-dini abidələrinin zənginliyindən xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.
Tarixi-dini abidələri
Məbəd (VI əsr) – Kəngərli kəndi
Məbəd (VI-VIII əsrlər) – Şahbulaq kəndi
Məbəd (XV əsr) – Maqsudlu kəndi
Məbəd (XVI əsr) – Salahlı – Kəngərli kəndi
Məscid (XIX əsr) – Boyəhmədli kəndi
Məscid (XVIII əsr) – Qiyaslı, Parpavənd kəndləri
Məscid (1898-ci il) – Ağdam şəhəri
Ziyarətgahları
Qutlu Musa oğlu türbəsi (1314-cü il) – Xaçındərbənd kəndi
Türbə (XIV əsr) – Kəngərli kəndi
Türbə (XVIII əsr) – Maqsudli kəndi
Şeyx Nigar türbəsi (XVIII əsr) – Parpavənd kəndi
Türbə (XIX əsr) – Ağdam şəhəri
Türbə (XVIII əsr) – Parpavənd kəndi
Türbə (XIX əsr) – Qarağac qəsəbəsi
Uğrulla bəyin türbəsi (XIX əsr) – Qarağac qəsəbəsi
Xanoğlu türbəsi (XIX əsr) – Ağdam şəhəri
Pənah xanın türbəsi (XIX əsr) – Ağdam şəhəri
Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi
Eşq Abdal piri – Üçoğlan kəndi
Əli pəncəsi (daş) – Yülbalı kəndi
Seyid Manafın qəbri – Tağıbəyli kəndi
Qara Piri ocağı – Papravəng kəndi
Cındırlı piri – Kəngərli kəndi
Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi
Daş heykəl – Boyəhmədli kəndi
Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi
Tarixi memarlıq abidələri
Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri
İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri
İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi
Karvansara (XVIII əsr) – Şahbulaq kəndi
Bürc (XVIII əsr) – Şahbulaq kəndi
Sərdabə (XV əsr) – Ağdam şəhəri
Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri