Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Aleksandr Nevski” pravoslav kilsəsi

Qərb bölgəsi Gəncə şəhəri

       Ünvan: Gəncə şəhəri, Hacı Əli Hüseynzadə küçəsi, 2.

 

Məbəd 1887-ci ildə köhnə qəbirsanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə stasuna malik idi. XX əsrin 20-ci illərində məbəd Sovet hakimiyəti tərəfindən bağlanılmış və başqa məqsədlər üçün istifadə olunmuşdur. 1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir.

Xəritədə bax

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt