Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

MÜRACİƏT

Hörmətli internet səhifəsi istifadəçiləri!

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. DQİDK rəsmi internet səhifəsi hər bir vətəndaşa məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır. Dövlət Komitəsinə elektron formada müraciət göndərməzdən əvvəl, xahiş edirik aşağıdakı qaydalarla tanış olun:
 
1.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər aidiyyəti üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələrinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli  Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

2. Dövlət Komitəsinin  rəsmi internet səhifəsində geniş məlumatlar yerləşdirilmişdir. İnternet səhifənin imkanlarını tam öyrəndiyiniz halda sizi maraqlandıran suallara özünüz cavab tapacaqsınız. Bu səbəbdən saytda öz əksini tapan suallara və bir neçə dəfə eyni müraciətlərə baxılmayacaqdır.

3. Müraciət mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
 
4. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
 
5. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
 
6. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
 
7. Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik  bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
 
a. Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
 
b. Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin  e-poçt: chairman@scwra.gov.az  ünvanına göndərilməlidir.

Sədrə Məktub Yazmaq

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • MÜRACİƏT