Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycanda məscidlər (Statistika)

Azərbaycan Respublikasında 2166 məscid (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlar istisna olmaqla) mövcuddur. 
Qeyd edək ki, sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərmişdir. 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunmuşdur. 
Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. 
1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılmış, 16 məscid yenidən qurulmuşdur. Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən qurulmasına başlanılmış, 1999-cu ildə rəsmi açılışı olmuşdur.
2003-2016-cı illər ərzində ölkədə 219 məsciddə inşa və  əsaslı təmir və yenidən qurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 12 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılmışdır. 2013-cü ilin may ayının 13-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir. 2014-cü ilin dekabr ayının 24-də Bakıda Qafqazın ən böyük məscidi olan Heydər məscidinin rəsmi açılışı baş tutmuşdur. 2016-cı ilin fevral ayının 17-də “İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılış mərasimi olmuşdur.
Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən 8 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza, Xəzər rayonu Zirə Cümə  məscidləri inşa və ya əsaslı təmir olunmuşdur.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycanda məscidlər (Statistika)