Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dini qurumların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər

Bank rekvizitləri

Burdan yüklə 

Ərizəyə 1 N-li Əlavə

 Ərizəyə 1 N-li Əlavə nümunəsini yüklə 

Ərizə nümunələri

Ərizə nümunəsini yüklə 

Tələb olunan sənədlərin siyahısı

Dini icmanın yenidən dövlət qeydiyyatından keçməsi üçün aşağıdakı sənədlər tələb olunur (yenidən qeydiyyat):

1. Ərizə (azı 50 nəfər təsisçi tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir) (nümunə əlavə olunur);
2. Ərizəyə 1 №-li Əlavə (nümunə əlavə olunur);
3. Dini icmanın Nizamnaməsi;
4. Dini icmanın təsis protokolu;
5. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (rüsumun məbləği qanunvericiliyə əsasən yenidən dövlət qeydiyyatına alınan dini qurumlar üçün 5 manat 50 qəpik müəyyən edilib), (Dövlət rüsumunun ödənilməsi üçün bank rekvizitlərinə dair məlumat əlavə olunur);
6. Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
7. Dini icmanın hüquqi ünvanını təsdiq edən sənəd;
8. Dini mərkəzin (idarənin) təqdimatı.

Dini icmanın dövlət qeydiyyatından keçməsi üçün aşağıdakı sənədlər tələb olunur (ilkın qeydiyyat):

1. Ərizə (azı 50 nəfər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir) (nümunə əlavə olunur);
2. Ərizəyə 1 №-li Əlavə;
3. Dini icmanın Nizamnaməsi;
4. Dini icmanın təsis protokolu;
5. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (rüsumun məbləği qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan dini qurumlar üçün 11 manat müəyyən edilib);
6. Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
7. Dini icmanın hüquqi ünvanını təsdiq edən sənəd;
8. Dini mərkəzin (idarənin) təqdimatı.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt