Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Mübariz Qəhrəman oğlu Qurbanlı

Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə 
Dövlət Komitəsinin sədri

7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. 
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
1978-1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib.
1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.
1995-2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub.
1996-2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 07 yanvar 2014-cü il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Mübariz Qurbanlı tarix üzrə fəlsəfə doktorudur. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.
Ailəlidir, iki övladı var.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Mübariz Qəhrəman oğlu Qurbanlı