“Müqəddəs Mixeyil” gürcü-pravoslav kilsəsi

Qax rayonu


Qax rayonunun Meşəbaş kəndi ərazisində yerləşir. Sahəsi 0,03 ha-dır. Bu kilsə 1892-1894-cü illərdə “Qafqazda Pravoslav Xristianlığın Bərpası Cəmiyyəti” tərəfindən maliyyələşdirilərək tikilmişdir. 1992-1993-cü illərdə yenidən təmir olunmuşdur. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur.