"Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi

Qax rayonu


Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilib. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur.