Heydər məscidi

Sabirabad


Sabirabad şəhərində yerləşən Heydər məscidi Rayon İcraiyyə Komitəsinin 28 fevral 1990-cı il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsində inşa edilmişdir. Məscidin tikintisinə 1999-cu ildə yarımçıq qalmış özülün üzərində başlanılmış, 18 noyabr 2008-ci ildə dindarların ixtiyarına verilmişdir. Ümumi həyətyanı sahəsi 2 hektara yaxın olan məscid 36x36 metrdir. Günbəzin çevrəsi 56 metr olmaqla məscidin binası ilə birlikdə 19 metrdir (günbəzin öz hündürlüyü 11 metrdir). Məscidin hündürlüyü 27 metr olan milli üslubda inşa edilmiş və milli ornamentlərlə bəzədilmiş iki minarəsi vardır. İbadət ocağının giriş hissəsi güzgülü şüşələrlə bəzədilmişdir. Məsciddə eyni vaxtda 1800 nəfər kişi və 800-ə yaxın qadın ibadət edə bilər.