"İmam Rza" məscidi

Xəzər rayonu


"İmam Rza" məscidi 1990-2005-ci illərdə əhalinin təşəbbüsü və birbaşa iştirakı ilə inşa edilmişdir. Lakin ibadət evi qəzalı vəziyyətə düşdüyündən yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmış, Binə ağsaqqallarının müraciətləri əsasında Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürmüşdür.

Məscidin hasarı tamamilə sökülərək yenidən tikilmiş, darvaza və metal barmaqlıqlar dəyişdirilmiş, binanın və hündürlüyü 21 metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən quraşdırılmışdır. Qapı və pəncərələr dəyişdirilmiş, divar və tavanda bəzək-tərtibat işləri aparılmışdır. Məsciddə eyni vaxtda 230 nəfərin ibadət etməsi üçün bütün zəruri şərait yaradılmışdır.

"İmam Rza" məscidi 2013-cü il iyunun 6-da yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak etmişlər.