Corat məscidi

Sumqayıt şəhəri


Öz memarlıq xüsusiyyətlərinə görə seçilən Corat məscidi 1707-ci ildə Hacı Əli adlı yerli sakin tərəfindən inşa edilmişdir. Məscidin ümumi sahəsi 800, ibadət zalı 200 kvadratmetrdir. Yer səthindən 1.5 metr aşağıda tikilmiş məscidin günbəzi dörd tağlı sütun üzərində dayanır və onun aşağı hissəsində 4 pəncərə var. Qəsəbə məscidi günümüzə qədər ilkin görünüşünü qoruyub saxlamışdır.

Corat Abşeronun ən qədim və zəngin ənənələri olan qəsəbələrindən biridir. Burada xeyli sayda tarixi abidə var. XVI – XVII əsrlərə aid Hacı Kiçikbəy, Hacı Hümbət, Gülxatun məscidləri, hamamlar, köhnə qəbirstanda sənduqələr, daş kitabələr, sərdabələr, pirlər, Şah Abbas karvansarasının qalıqları hazırda tarixi abidə kimi mühafizə olunur. Daş kitabələrdən bəziləri Bakı və dünyanın başqa şəhərlərinin tarix muzeylərində saxlanılır.