Sumqayıt "Cümə" məscidi

Sumqayıt şəhəri


Sumqayıt "Cümə" məscidinin inşasına 1991-ci ildə şəhər sakinlərinin vəsaiti hesabına başlanmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində məsciddə dəfələrlə yenidənqurma və təmir işləri aparılmışdır. 2011-ci ilin iyulunda Prezident İlham Əliyev məsciddə olmuş, Prezidentin tapşırığına əsasən, məscid əsaslı təmir edilmişdir. Burada 34 metr hündürlüyündə minarə inşa olunmuş, 480 kv. metr sahəyə təzə xalça döşənmiş, mehrab yenidən düzəldilmiş, günbəzin iç üzü əlyazmalarla bəzədilmiş, 624 kv. metr döşəmə yenidən qurulmuşdur. Məscidin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər.

Əsaslı təmir və yenidənqurmadan sonra 3 may 2013-cü ildə Prezident İlham Əliyev Sumqayıt "Cümə" məscidini ziyarət etmiş, dindarlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur. Dövlət başçısı Cümə məscidinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotolara baxmış, ibadət evində yaradılmış şəraitdən razılığını bildirmişdir.