Cəbrayıl rayonunun əsir abidələri


Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. 

Sahəsi 1049.8 kvadrat kilometrdir. Tərkibinə bir şəhər, 2 qəsəbə və 92 kənd daxildir. 
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbir daşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. 

Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.  
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.
23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticə­sin­də rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.  


Tarixi-dini abidələri 

Məscid (XVI əsr) – Çələbilər kəndi (İNV №  4170)
Məscid (XIX əsr) – Papı kəndi (İNV №  4171)
Məscid – Daşkəsən kəndi (İNV №  4172)
Məscid (XIX əsr) – Mərzə kəndi (İNV №  4173)
Məscid (XIX əsr) – Süleymanlı kəndi (İNV №  4174)


Ziyarətgahları

Türbə (Sərdabə) (XIII-XIV əsrlər) – Dağtumas kəndi (İNV №  4169) 
Səkkizguşəli türbə (XVII əsr) – Xubyarlı kəndi (İNV №  4165)
Dairəvi türbə (XVII əsr) – Xubyarlı kəndi (İNV №  4164)
Daş məqbərə (1307-1308-ci illər) – Şıxlar kəndi 
Qəbiristan (orta əsrlər) – Cəbrayıl şəhəri (İNV № 5790)
Qəbiristan (XVII-XVIII əsrlər) – Karxulu kəndi (İNV № 5791)
Qəbiristan (orta əsrlər) – Sirik kəndi (İNV № 5792)
Qəbiristan (orta əsrlər) – Diridağ dağında (İNV № 5793)
Qəbiristan (orta əsrlər) – Şıxlar kəndi (İNV № 5795)
Şıxbaba (Dairəvi) türbəsi (XIV) əsr – Şıxlar kəndi  (İNV №  4166)
Mazannənə məqbərəsi (b.e ə.) – Xələfli kəndi 
Mərmərnənə məqbərəsi (b.e.ə.) – Xələfli kəndi 
Xırda pir – Balyand kəndi 
İspiri ocağı – Balyand kəndi 
Zingir ocağı – Cəfərabad kəndi 
Hacı Qaraman ocağı – Dağtumas kəndi 
Çaxmaq piri – Tinli kəndi 
Müqəddəs Düldül ziyarətgahı – Hacılı kəndi 
Qarı ocağı – Horovlu kəndi 
Pir Əhməd – Yarəhmədli kəndi 
Lalə ocağı – Böyük Mərcanlı kəndi 
Seyid ocağı – Əfəndilər kəndi 
Çələbi ocağı – Horovlu kəndi 
Hacı Qaraman ziyarətgahı – Çələbilər kəndi 
Qara daş ziyarətgahı 
Miri evi ziyarətgahı – Quycaq kəndi 
Düldül ziyarətgahı – Balyand kəndi 
Əfəndilər piri – Əfəndilər kəndi 
Qərib Seyid ziyarətgahı – Tatar kəndi 
Tumas ata ziyarətgahı – Dağtumas kəndi 
Cəbrayıl ata ziyarətgahı 
Xubyarlı piri – Xubyarlı kəndi 
Qərər piri – Qərər kəndi 
Sarı ocaq – Hovorlu kəndi 
Qurbantəpə ziyarətgahı 
İncirli piri ziyarətgahı – Şahvəlli kəndi
Qasım Baba piri – Minbaşlı kəndi 
Düldül ziyarətgahı – Gödəklər kəndi 
Yel ziyarətgahı – Çaxırlı kəndi
Yel ziyarətgahı – Əmirvarlı kəndi 
Seyid ziyarətgahı – Cocuq Mərcanlı kəndi 
Qara Molla ziyarətgahı – Daşkəsən kəndi 
Qarnıyarıq ziyarətgahı – Cəfərabad kəndi 
Dağdağan ocağı – Qumlaq kəndi 
Çomaq ata ziyarətgahı – Dağtumas kəndi 
Düldül ziyarətgahı – Hacılı kəndi      


Tarixi memarlıq abidələri 

Ağoğlan nekropolu (ilk orta əsrlər) – Cəbrayıl şəhəri (İNV № 869)
Məscidtəpə kurqanı (Tunc dövrü) – Qalacıq kəndi (İNV № 878)
Qız qalası (XII əsr) – Xələfli qəsəbəsi (Diridağ ərazisi) (İNV № 4168)
Qala bürcü (V-VI əsrlər) – Sirik kəndi (İNV № 4167)
Canqulu kurqanı (Tunc dövrü) – Mahmudlu kəndi (İNV № 871)
Quştəpə kurqanı (Tunc dövrü) – Mahmudlu kəndi (İNV № 872)

Karxulu kurqanları və yaşayış yeri (Tunc dövrü) – Karxulu kəndi (İNV № 870)
Naftalı kurqanları (Son Tunc və İlk Dəmir dövrü) – Naftalı kəndi (İNV № 879)
İmanqazantəpə kurqanı (son tünc dövrü) – Şıxlar kəndi (İNV № 876)
Qışlaq kurqanları və yaşayış yeri (Son Tunc və İlk Dəmir dövrü) – Qışlaq kəndi (İNV № 880)
Hovuslu kurqanları (Son Tunc və İlk Dəmir dövrü) – Hovuslu kəndi (İNV № 881)
Cinlitəpə yaşayış yeri – Horovlu kəndi (İNV № 882)
“Divlər sarayı” – Dağtumas kəndi (İNV № 884)
Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi 
“Şəhərşik qalıqları”, “Qışlaq yerləri” (b.e.ə. II minillik) – Şıxlar kəndi 
On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. V əsr) – Qumlaq kəndi 
On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. VII əsr) – Qumlaq kəndi 
Kəhrizlər (b.e.ə. I əsr) – Mahmudlu kəndi 
Başıkəsik günbəz (XIII-XIV əsrlər) – Xələfli qəsəbəsi 
Ərəb yazıları ilə qoyun abidəsi (XV əsr) – Şıxlar kəndi 
Xanəgah – Xubyarlı kəndi 
Xanəgah – Şıxlar kəndi