“Fatimeyi-Zəhra” məscidi

Xəzər rayonu


Doğma Azərbaycanımızın dünyaya açılan qapısında, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən Fatimeyi-Zəhra məscidinin əsası 1996-cı ildə yerli dindarlar tərəfindən qoyulmuşdur. 1997-ci ildən rəsmi fəaliyyət göstərən məscidin 30 metr hündürlüyündə minarəsi var. İbadət zalı təxminən 200 kvadratmetrdir. Eyni vaxtda 150 nəfər kişi və 100 nəfər qadın olmaqla ümumilikdə 250 nəfərin ibadət etməsi üçün bütün zəruri şərait mövcuddur.