Sədərək "İmam Cəfər Sadiq" məscidi

Qaradağ rayonu


İmam Cəfər Sadiq məscidi Bakının böyük ticarət mərkəzlərindən olan Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşir. Burada işləyənlər və ticarət məqsədilə gələnlər üçün 2009-cu ildə inşa edilmiş məscidin ibadət zalı 400 kvadratmetrdir. Eyni vaxtda təxminən 350 nəfərin ibadət etməsi üçün bütün zəruri şərait mövcuddur. Qüds məscidi üslubunda, Sədərək Ticarət Mərkəzinin ümumi planına uyğun tikilmiş məscid minarəsizdir.