"Qaraçuxur" məscidi

Suraxanı rayonu


Bakının böyük məscidlərindən olan "Qaraçuxur" qəsəbə məscidi 1996-cı ildə Türkiyə Diyanət Vəqfinin və xeyriyyəçi şəxslərin vəsaiti ilə inşa edilmişdir. Ənənəvi Osmanlı memarlığı üslubunda inşa edilmiş məscidin təxminən 22 metr hündürlüyündə minarəsi var. İki mərtəbəlidir, ibadət zalının sahəsi 750 kv metrdir. Minbəri və kürsüsü əllə işlənərək Türkiyədən gətirilmişdir. Məscidin qübbəsində yüksək xəttatlıqla Qurani-Kərimin “əl-İxlas” surəsi, mehrabında isə Ayətül-Kürsü yazılmışdır.