"İlahiyyat" məscidi

Yasamal rayonu


Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində yerləşən "İlahiyyat" məscidinin bünövrəsi 1993-cü ildə qoyulmuşdur. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi üçün nəzərdə tutulmuş məscidin adı fakültənin adından götürülmüşdür. Məscid Türkiyənin Diyanət Vəqfi tərəfindən Osmanlı memarlığı üslubunda inşa edilmişdir. 27 metrlik tək minarəsi və üç mərtəbəli geniş ibadət zalı var. Bakının ən böyük ibadət evlərindən biri olan İlahiyyat məscidində eyni vaxtda 2500 nəfərin ibadət etməsi üçün bütün zəruri şərait mövcuddur.