"İmam Hüseyn" məscidi

Yasamal rayonu


Məscid 1890-cı illərdə xeyriyyəçi Hacı Hacıbaba tərəfindən inşa olunmuşdur. Bolşevik çevrilişindən sonra məscid bir müddət bağlı qalmışdır. Lakin sonralar yenidən açılmış və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təmir edilmişdir.

Azərbaycanın qədim məscidlərindən biri olan "İmam Hüseyn" məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.