"Aşağı məhəllə” sinaqoqu


"Aşağı məhəllə” sinaqoqu

 

Şimal-Qərb bölgəsi. Oğuz rayonu

 

Oğuz şəhəri, Qüdrət Ağakişiyev küçəsində yerləşən Aşağı məhəllə sinaqoqu  1849-cu ildə tikilmişdir. Bu sinaqoq Sovet dövründə tütün və mebel ambarı kimi istifadə olunmuşdur. Sinaqoq 1992-ci ildə yerli yəhudilər tərəfindən təmir olunmağa başlamış və 1994-cü ildə başa çatmışdır. Bir əsr yarımdan çox zaman keçməsinə baxmayaraq sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalmaqdadır.