“Heydər” məscidi

Binəqədi rayonu


Qafqazın ən möhətəşəm ibadət ocağı olan Heydər məscidi Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşir. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılmışdır. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.