“Müqəddəs Georgi” gürcü-pravoslav kilsəsi


“Müqəddəs Georgi” gürcü-pravoslav kilsəsi

 

Şimal-Qərb bölgəsi. Qax rayonu

 

Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kənd ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilmişdir. Kilsə binasının ərazisi 120 m2-dir.  Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.