“Çotari” Alban-Udi kilsəsi


“Çotari” Alban-Udi kilsəsi

 

Şimal-Qərb bölgəsi. Qəbələ rayonu

 

Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilmişdir. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülmüşdür. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, 2006-cı ildə dindarların istifadəsinə verilmişdir