“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsi


“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsi

 

Şimal bölgəsi. Xaçmaz rayonu

 

1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin 64 kv.m sahəsi vardır. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.