Qubadlı rayonunun əsir abidələri


Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. 

Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. 
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır. 
Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir. 
Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur. 


Tarixi-dini abidələri 

Mağara məbədi (IV əsr) – Gavur dərəsi (İNV № 1456)
Mağara məbədi – Əliquluuşağı kəndi (İNV № 1155)
Məscid (XVIII əsr) – Məmər kəndi (İNV № 4713)
Məscidin qalıqları (XV-XVI əsrlər) – Xələc kəndi (İNV № 4714)
Məscid (XVIII əsr) – Yusifbəyli kəndi (İNV № 4709)
Məscid (XVIII əsr) – Mollalı kəndi (İNV № 4711)
Məscid (XVIII əsr) – Mirlər kəndi (İNV № 4712)
Məbəd – Mərzə kəndi (İNV № 4715)
Məscid (XIX əsr) – Dondarlı kəndi (İNV № 4704)
Məscid (XIX əsr) – Dəmirçilər kəndi (İNV № 4703)
Məscid (XIX əsr) – Mahrızlı kəndi (İNV № 4716)
Alban kilsələri və abidələri – Yuxarı Cibikli kəndi 

 

Ziyarətgahları

Qəbiristan (XIV əsr) – Qayalı kəndi, Yazı düzü ərazisində (İNV № 1454)
Türbə (1 nömrəli) (XIV əsr) – Dəmirçilər kəndi (İNV № 308)
Türbə (2 nömrəli) (XIV əsr) – Dəmirçilər kəndi (İNV № 309)
Cavanşir türbəsi (XIV əsr) – Yazı düzü (İNV № 4706)
Türbə (XVII əsr) – Dəmirçilər kəndi
Türbə (XVII əsr) – Gürcülü kəndi (İNV № 307)
Türbə (XVIII əsr) – Xocamusaqlı kəndi (İNV № 4708)
Türbə (XVIII əsr) – Boyunəgər kəndi (İNV № 4710)
İmamzadə - Cılfır kəndi 
Mir Sədi ağa ocağı – Mirlər kəndi 
Ağ hasar piri – Mirlər kəndi 
Mirmehdi ağa piri – Dondarlı kəndi 
Armudlu piri – Armudlu kəndi
Səfərə baba piri – Saray kəndi 
Qarakaha piri – rayon mərkəzindən 20 km şimalda 
Ağkaha piri – rayon mərkəzindən 20 km şimalda 
Ağa Kərim Yalı piri – rayon mərkəzindən 15 km aralı 
Salahlı piri – Mərdanlı kəndi 
İmamzadə - Novlu kəndi 
Umoy Kaha piri – Qaracallı kəndi
Mədət bulağı (XIX əsr) – Mahmudlu kəndi (İNV № 4702)


Tarixi memarlıq abidələri

Sığınacaq (IV əsr) – Əliquluuşağı kəndi (İNV № 1449)  
Sığınacaq (IV əsr) - Balahəsənli kəndi (İNV № 1451)
Sığınacaq (IV əsr) - Zor kəndi (İNV № 1452)
Göy qala (V əsr) – Əliquluuşağı kəndi (İNV № 305)
Qalalı qalası - Əliquluuşağı kəndi (İNV № 4698)
Qalalı qalası (yeraltı keçidlə, V əsr) - Muradxanlı kəndi (İNV № 4699)
Qız qalası – Əliquluuşağı kəndi (İNV № 305)
Laləzar körpüsü (1867-ci il) – Əliquluuşağı kəndi (İNV № 306)
Hacı Bədəl körpüsü (XIX əsr) – Dondarlı kəndi (İNV № 4705)
Körpü (XIX əsr) – Mahmudlu kəndi (İNV № 4717)
Qara-Qaya sığınacağı – Mahmudlu kəndi (İNV № 1453)
Qalaça (Son Tunc, İlk Dəmir dövrü) – Əliquluuşağı kəndi (İNV № 1448)
Daş sənduqə – Məmər kəndi (İNV № 6170)       
Qalacıq qalası – Xocamusaqlı kəndi (İNV № 4707)
Qədim daş qoç fiquru (XVI əsr) – Mahmudlu kəndi (İNV № 6169)       
Koroğlu qalaçası (Son Tunc, İlk Dəmir dövrü) – Əliquluuşağı kəndi (İNV № 1447)       
Oğlan-Qız abidəsi – Dəmirçilər kəndi
Qədim Haramı qəbiristanı (XIX əsr) – Əliquluuşağı kəndi