Biləsuvar rayonunda fəaliyyət göstərən dini icma sədrləri ilə videoformatda görüş keçirilib

Xəbərlər / 07.04.2021 / 17:08

Aprelin 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri ilə qarşıdan gələn Ramazan ayı, bu ayda dindarların üzərinə düşəcək məsuliyyət, karantin dövründə yas mərasimlərinin keçirilməsində müəyyən olunmuş məhdudiyyətlər və digər gündəmdə olan məsələlər barədə videoformatda görüş keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov görüş iştirakçılarını salamlayaraq qarşıdan gələn Ramazan ayı, karantin dövrü olduğu üçün bu ayda din xadimlərinin üzərinə düşən vəzifələr, cari dövrdə yas mərasimlərinə qoyulan bəzi məhdudiyyətlər və digər ümumi məsələlərlə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxış edən Biləsuvar şəhər İmam Hüseyn məscidinin dini icma sədri, imam müavini Mirhəvəs Xurşudov rayon dindarları adından din xadimlərinə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndrimə tədbirləri davam etdirilir

Press-relizlər
04.12.2017 / 17:39
Ətraflı oxu

Nəsimi rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.05.2019 / 16:02
Ətraflı oxu

Milli dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
24.12.2019 / 09:55
Ətraflı oxu

9 və 17 saylı cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.02.2017 / 15:20
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Koronavirusla mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür

Açıqlama
21.03.2020 / 10:10
Ətraflı oxu

Beyləqanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
02.05.2019 / 16:38
Ətraflı oxu