
Press-relizlər / 02.04.2021 / 15:57
Aprelin 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçalada rayondakı dini duruma həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbir ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev din xadimlərinin pandemiya dövründə, əsasən dəfn və yas mərasimlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməsinin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov bölgədəki, o cümlədən Neftçala rayonu ərazisindəki dini durumla bağlı fikirlərini bildirib. S.Xəlilov qarşıda gələn Ramazan ayı ilə bağlı müvafiq tapşırıqları da iştirakçıların diqqətinə çatdırıb.
Tədbir müzakirlərlə davam edib.