Komitə sədri: “Ermənilər Qarabağda Qafqaz Albaniyasına aid abidələri qriqoryanlaşdırmağa çalışıblar”

Xəbərlər / 26.02.2021 / 12:39

"Ermənilər işğal olunmuş ərazilərdə faktiki olaraq bütün dini-tarixi abidələri məhv ediblər".

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Qarabağ ərazisində 67 məsciddən demək olar, hamısı dağıdılıb, bir məscid isə görüntü üçün Azərbaycana aid olmasını dəyişdirməklə saxlanılıb: "Faktiki olaraq barbar hərəkətlərə yol vermişdilər. Bundan başqa, orada Qafqaz Albaniyasına aid tarixi-dini abidələri qriqoryanlaşdırmağa çalışıblar. Bunu saxtalaşdırmaq üçün müxtəlif addımlar atıblar. Bunlar hamısı faktdır. Eyni zamanda tarixi-dini mədəniyyət abidələri dağıdılıb, bunlar haqqında məlumatlar Mədəniyyət Nazirliyi xətti ilə, o cümlədən digər qurumlar tərəfindən toplanıb. Müvafiq sənəd hazırlanıb. Prezident İlham Əliyev də bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı orada olan tarixi-dini abidələrin hamısının Xristianlığa aid, Qafqaz Albaniyasına aid, o cümlədən İslama aid abidələrin bərpa olunacağını bildirib. Bununla bağlı xarici ekspertlər də iştirak edib. Heydər Əliyev Fondu bununla bağlı geniş proqram həyata keçirməkdədir. Dağlıq Qarabağda bütün dini - tarixi abidələr öz yerini tapacaq. Bizim üçün orada Qafqaz Albaniyasına aid olan tarixi dini abidələrin faktiki olaraq Qafqaz Albaniyasına aid olduğunu bir daha göstərməkdir. Bu, bəlli bir məsələdir. 1836-cı ildə Çarın fərmanı ilə Qafqaz Albaniyasına aid olan kilsələr ermənilərin Apostol kilsəsinə verilib. Orada belə də yazılıb - Erməni Apostol Kilsəsinə verilsin. Əgər bunlar ermənilərə aid idisə, niyə ermənilərə verilib yazılıb? Bu, erməniyə aid deyildi. Ona görə də bu məsələlər həllini tapacaq. Əsas məsələ torpaqların işğaldan azad olunması bizim üçün çox önəmli idi və bu məsələlər də həll olunacaq".

Son baxılan xəbərlər

Zərdabda “İnsan Hüquqları Aylığı” ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.05.2019 / 09:24
Ətraflı oxu

Aqil Şirinov: Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi heç vaxt cəmiyyətə xurafat danışmaz və danışmamalıdır da, ...

Müsahibələr
07.07.2020 / 10:12
Ətraflı oxu

Zaqatalada “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.07.2018 / 15:21
Ətraflı oxu

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Xəbərlər
03.01.2019 / 11:00
Ətraflı oxu

Şirvanda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.09.2015 / 09:51
Ətraflı oxu

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər
17.05.2019 / 12:30
Ətraflı oxu