Xocalı faciəsinin anım günü ilə bağlı tədbirlər keçirilib

Press-relizlər / 26.02.2021 / 11:32

Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Şamaxı, Ağsu və Qobustan Rayon İcra Hakimiyyətləri (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş onlayn formatda regional konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Şamaxı, Qobustan və Ağsu RİH başçıları Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri - dini qurumlarla işin təşkilatçıları Rəşad Əliyev, Aftandil Şikarov, Kənan Tacızadə, QMİ-nin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, bölgədə fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığı vurğulanıb. Qeyd edilib ki, 44 günlük Vətən savaşında Azərbaycanın qəhrəman oğulları Xocalı canilərini məhv etməklə qətliam qurbanlarının qisasını aldılar.

Sonda Vətən uğrunda canından keçən şəhdilərimiz üçün dualar oxunub.

***

 

Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir Şəki Şəhər İcra Hakimiyyəti, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə fevralın 25-də "Qan yaddaşımız Xocalı" mövzusunda videokonfrans formatında keçirilib.

Tədbirdə DQİDK-nın Şəki  bölgəsi üzrə şöbəsinin əməkdaşı  Yusif Yusifli, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, təhsil və mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri iştirak ediblər.

Çıxış edənlər Xocalı faciəsinin tarixindən, Azərbaycan xalqına təsirindən, Vətən müharibəsində əldə olunan zəfərdən və işğal altında olan torpaqların azad edilməsindən bəhs ediblər.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

***

 

Fevralın 25-də Biləsuvar rayon Gənclər və İdman İdarəsi, YAP Biləsuvar Rayon Təşkilatı və DQİDK-nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutmayaq” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, Biləsuvar rayon Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Bəhruz Əliyev çıxış edərək erməni terror təşkilatları və onların bəşəriyyətə qarşı qanlı cinayətkar əməlləri, Ermənistanda terrorun dövlət səviyyəsində dəstəklənməsi, düşmən dövlətin etnik təmizləmə siyasəti, Xocalıda ağlasığmaz qəddarlıqla törədilən qətliamlar və digər məsələlər haqqında danışıblar.


Son baxılan xəbərlər

Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.12.2018 / 17:39
Ətraflı oxu

Mingəçevirdə keçirilən regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər
26.09.2018 / 15:16
Ətraflı oxu

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.06.2018 / 16:24
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu

Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər
09.10.2018 / 16:26
Ətraflı oxu

Prezident İlham Əliyevin andiçmə mərasimi olub

Xəbərlər
18.04.2018 / 14:21
Ətraflı oxu