Masallıda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər / 24.02.2021 / 12:20

Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilaçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş video formatda konfrans keçirilib.Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Masallı rayonu üzrə qazısı və səlahiyyətli nümayəndəsi, icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər. Öncə Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov bildirib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. M. Bədirovun sözlərinə görə, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb.

QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Ayıq Səmədov və Elvin Hüseynli çıxışlarında  Xocalı soyqırımının  Azərbaycan tarixində ən dəhşətli və ən faciəli səhifələrdən biri olduğunu qeyd ediblər.

 


Son baxılan xəbərlər

Cəlilabadda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Xəbərlər
30.10.2019 / 15:23
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində məhkumların dini etiqad azadlığı tam təmin edilir

Press-relizlər
26.07.2017 / 17:07
Ətraflı oxu

Yardımlıda “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Press-relizlər
10.08.2017 / 18:00
Ətraflı oxu

Şəkidə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.11.2016 / 14:21
Ətraflı oxu

“Narkomaniyanın fərdi və ictimai fəsadları” mövzusunda onlayn konfrans keçirilib

Xəbərlər
17.12.2020 / 15:57
Ətraflı oxu

Göyçayda "Qadın və cəmiyyətimiz" mövzusunda tədbir keçirilib

Press-relizlər
06.03.2019 / 11:57
Ətraflı oxu