Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videokonfrans formatında anım tədbirləri keçirilib

Press-relizlər / 23.02.2021 / 16:53

Fevralın 23-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin müdir müavini Anar Kərimov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak edib.

Tədbir Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı 1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında danışılıb. Bildirilib ki, bu soyqırım bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır. Natiqlər, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını qeyd ediblər.

***  *** ***

Fevralın 23-də digər anım tədbiri isə Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Kürdəmir rayon Heydər Əliyev mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Videokonfrans formatında keçirilən anım tədbirində Mədəniyyət müəssisələrinin işçiləri, YAP Kürdəmir rayon təşkilatının əməkdaşları, dini icma sədrləri və din xadimlərinin də iştirak etdiyi anım tədbirində Xocalı soyqırımı qurbanlarının, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Xocalı soyqırımının 20-ci əsrin ən böyük faciələrindən biri olduğu və amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz saldığı qeyd edilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğu, Xocalı sakinlərinin dövlət qayğısı ilə əhatə olunduğu bildirilib.

Çıxışlar zamanı həmçinin qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunub və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılıb. Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynayıb.

 


Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunda “Radikalizmlə mübarizənin metodoloji əsasları” mövzusunda seminar keçirilib

Press-relizlər
21.07.2018 / 11:30
Ətraflı oxu

“France 2” telekanalında “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmi yayımlanıb

Xəbərlər
27.02.2020 / 09:12
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Ağstafada “İslam dini və milli kimliyimiz” adlı tədbir təşkil olunub

Press-relizlər
09.01.2018 / 16:23
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Xəbərlər
03.01.2019 / 11:00
Ətraflı oxu